Close

Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə mayın 11-dən 13-dək külək güclənəcək.

TNS xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı və narıncı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Qazax, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Göyçay, Ağdaş, Zərdab, Kürdəmir, Ucar, İsmayıllı, Ağsu, Şamaxı, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdərə, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Naftalan, Goranboy, Mingəçevirdə də qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.