Prezidentin fərdi təqaüdü kimlərə verilir?

Azərbaycan Respublikası Prezidentinin müxtəlif adda və fərqli məbləğlərdə təqaüdləri mövcuddur. Onlardan biri də Prezidentin fərdi təqaüdüdür.
TNS Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğini və kimlərə verildiyini dəqiqləşdirib. Həmin məlumatı təqdim edirik.
Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təsis edilib və hər biri 1500 (min beş yüz) manat məbləğində beş yüz fərdi təqaüd müəyyən edilib.
Fərdi təqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsi hesabına verilir.