Arif Babayev xəstəxanaya yerləşdirildi
25
14:43 - 08 May 2025

Xalq artisti Arif Babayev xəstəxanaya yerləşdirilib.
TNS xəbər verir ki, bu haqda Teleqraf-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
“Atam iki gündür ki, Mərkəzi Klinikaya yerləşdirilib. Səhhətində kiçik problem yaranıb. İnşallah, bir neçə günə xəstəxanadan evə buraxılacaq”, - deyə Y. Babayev bildirib.
Qeyd edək ki, bu gün Xalq artistinə Heydər Əliyev Mükafatı verilib.