Close

20:28
08 May 2025
17:00
08 May 2025
16:42
08 May 2025

Pensiyalar ödənildi?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib.

Bu barədə TNS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin may ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.