Close

Partlayışda yaralanan fəhlənin son vəziyyəti - RƏSMİ

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub. Nəticədə 1 nəfər xəsarət alıb.

TNS-ə yaralanan şəxsin son durumu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sumqayıtda baş verən partlayış səbəbilə mayın 7-də saat 22:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1997-ci il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.

Başın, boyunun və gövdənin I dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. 

Azadə Yolçu