Close

100 min uşaq I sinfə gedəcək

Bu günə qədər 100 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

TNS xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, 2025–2026-cı tədris ili üzrə I sinfə qəbul prosesi davam edir:

"Mayın 6-dan Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsinə start verilib.

Valideynlər www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə seçimlərini edə bilərlər.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər"

Qeyd edilib ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək. Valideynlərə qeydiyyat, seçim və müsahibə mərhələlərini vaxtında izləmələri tövsiyə olunur.