Bakıda 9 günlük “kitab bayramı”

Bakıda mayın 24-dən 31-dək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək.
Bu barədə TNS-ə layihə rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza məlumat verib.
Bildirilib ki, tədbir Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək. Festivalda Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan təmsilçilər iştirak edəcək.
Festivalın hər günü bu ölkələrdən birinə həsr ediləcək.
Xəyal Rza qeyd edib ki, bu il ilk dəfə olaraq Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə iyunun 1-də I Türk Dünyası Uşaq Festivalının keçirilməsi də nəzərdə tutulub: “9 gün ərzində biri-birindən maraqlı tədbirlər bizi gözləyir.
Türkəsilli ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, film nümayişləri, konsret proqramları ilə yanaşı görkəmli ədiblərin yubileyləri də qeyd ediləcək. Festivalda müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim ediləcək. Festivalın açılış mərasimi may 24-ü, saat 12-də baş tutacaq”.
Qeyd edək ki, festival Elmlər Akademiyasının parkında təşkil ediləcək.
Aygün