Neft bahalaşdı - SON QİYMƏT
10
09:47 - 07 May 2025

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,97% artaraq 1 barelə görə 62,76 ABŞ dolları təşkil edib.
TNS xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,12% artaraq 59,75 ABŞ dollarına bərabər olub.