Hava ilə bağlı əhaliyə Xəbərdarlıq
6
16:50 - 05 May 2025

Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Bu barədə TNS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Gəncə, Göygöl, Naftalan, Goranboy, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan və Cəbrayılda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.