Close

Həmin körpü müvəqqəti bərpa olundu

Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpü müvəqqəti bərpa olunub.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

“Bir-neçə gün bundan öncə sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxaraq əyilməsi prosesi baş verib.

Dərhal körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Qısa müddət ərzində körpüyə bərpa işlərinə başlanıldı. Artıq işlər yekunlaşdığından körpü ilə hərəkət bərpa olunub.

Qısa müddət ərzində sözügedən körpünün yanında yeni avtomobil körpüsünün inşasına da start veriləcək”, - məlumatda bildirilib.