"70 manat göndərin, sizə 5 min kredit verək” - VİDEO

Kredit götürmək istəyən şəxs dələduzluğun qurbanı olub.
TNS xəbər verir ki, bu barədə Xəzər TV süjet hazırlayıb.
Biləsuvar sakini Dürdanə Baxışova deyir ki, 5 min manat məbləğində kredit götürmək istəyib.
"Tiktok" sosial şəbəkəsində də banklardan birinə məxsus olduğunu düşündüyü telefon nömrəsi əldə edib və o nömrə ilə əlaqə saxlayıb.
Dürdanə Baxışovanın sözlərinə görə, bu zaman dələduzlar onun nöməsini "qara siyahı"ya atıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, vətəndaşlar sosial şəbəkə üzərindən təklif edilən belə şirnikləndirici vədlərə inanmasınlar.
O da bildirilib ki, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməmək, tanımadığınız şəxslərə onlayn qaydada ödəniş etməmək tövsiyə olunur.
Ətraflı videomaterialda: