Close

Rezidentləri bölgələrə çəkmək üçün nə etmək olar?

Bölgələrdə həkim çatışmazlığı problemi var. Bu sahədə olan problemləri həll etmək üçün müxtəlif həll yolları irəli sürülür. Hətta, həkimlərin sovet dövründə olduğu kimi bölgələrə təyinatla gönədrilməsini təklif edənlər də var.

Məsələnin daha əsaslı həll yolları varmı?

Mövzu ilə bağlı TNS-ə açıqlama verən Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov rezidentlərin bölgələrə cəlb edilməsinin bu sahədə olan problemlərin həllinə müsbət təsir edə biləcəyindən danışıb:

“Rezidentlərin regionlarda həvəslə işləməsi üçün maddi və sosial rifahının yaxşılaşdırılması üçün işlər aparılmalıdır. Bu məsələ Milli Məclisdə də dəfələrlə səsləndirilib. Bununla bağlı hazırda işlər gedir. Rezidentlərin maaşlarının bəlli bir standarta, həkim maaşı ilə ekvivalent səviyyəyə gəlməsi ən vacib qərarlardan biridir. Bu gün tibb təhslili alanların rezidentura dövründə regionda işləməyə marağı olmalıdır. Rezidentlər altı illik tibb təhsilindən sonra aktiv iş həyatı ilə birlikdə, həm də yüksək təhsil alırlar. Onların maaşları, ən azı xəstəxanada fəaliyyət göstərən digər insanlarla müqayisədə fərqli olmalıdır. Əgər onlar orta tibb personalından daha aşağı maaş alırsa, yaxud həkimlərə yaxın maaş alırsa, problem yaranır. Ona görə də bununla bağlı mexanizmlər qurmaq lazımdır. Qonşu ölkələrdə bununla bağlı kifayət qədər təcrübələr var. Hazırda ölkəmizdə bu mexanizmləri qurmaq üçün bütün imkanlar var”.

Deputat bildirib ki, ölkə səhiyyəsinin büdcəsi 4-5 il bundan əvvəlki ilə müqayisədə 4 dəfə yüksəlib: “Azərbaycan səhiyyəsinin büdcəsi 800 milyonlardan bu gün, icbari tibbi sığorta yığımları ilə birlikdı 3,5 milyarda çatıb. Bu vəsaitin sistemli istifadəsi ilə rezidentlərin rifahı, ölkədə ailə həkimliyi institutunun təşkili, bakalavr səviyyəsini bitirən həkimlərimizin keçid dövründə ilkin sanitariya xidmətinin təkmilləşdirilməsi istiqamətində effektiv işlər aparıla bilər. Hazırda bu istiqamətdə işlər aparılır. Yəqin ki, yaxın gələckədə nəticlər özünün göstərəcək”.


Aygün