Close

"28 May" stansiyası bağlanır? - RƏSMİ

“28 May” stansiyası bağlanır” ifadəsi yanlışdır.

TNS xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu gün “28 May” stansiyası bağlanır” ifadəsinə çox rast gəlinir, lakin bu, belə deyil.

“28 May” stansiyası bağlanmır”, - Metropoliten rəsmisi əlavə edib.

B. Məmmədov vurğulayıb ki, metroda tunel tikintisi ilə bağlı AYNA ilə birlikdə komanda işi ortaya qoyacaqlar.