Döyülən şagirdlə bağlı məktəbdən reaksiya

Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda yerləşən 239 nömrəli məktəbin 7-ci sinif şagirdi Y.Talıbov dərs zamanı sinif yoldaşı tərəfindən döyülüb.
TNS xəbər verir ki, hadisə ilə bağlı sözügedən məktəb açıqlama verib.
Bildirilib ki, aprelin 30-da dərsdən öncə (saat 07:40 radələrində) 239 nömrəli tam orta məktəbin 7-ci sinfinin iki şagirdi (müvafiq səbəbdən şagirdlərin adları qeyd olunmur) arasında münaqişə baş verib:
"Uşaqlar bu haqda müəllimlərə və məktəb rəhbərliyinə heç bir məlumat verməyiblər. Şagirdlərdən birinin barmağından zədə aldığı haqda valideyn mayın 1-də sinif rəhbərinə məlumat verib.
Dərhal şagirdlərin valideynləri məktəbə dəvət edilib. Şagirdlərdən birinin valideyni məktəbə gəlməsə də, digər valideynlə söhbət aparılıb, övladının davranışına diqqətin artırılması yönündə tövsiyələr verilib.
Məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.
Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət daha da artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.
Məktəb rəhbərliyi tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır".
Aygün