Close

İnsanları “tok” vurur, su 2 saat gəlir - Bura sökülür - VİDEO

Bakının mərkəzindən bir neçə km məsafədə yerləşən 20-ci sahə adlanan ərazidə, Çernyaxovski küçəsində söküntü işləri aparılır.

TNS xəbər verir ki, “İctimai TV” həmin ərazidən reportaj hazırlayıb.

Sakinlərin sözlərinə görə, burada hər hansı hadisə baş versə, Təcili Tibbi Yardım və FHN maşınları daxil ola bilməz: “Problemlərimiz çoxdur, verilən kompensasiyadan belə narazı deyiləm. Əsas odur ki, buradan köçüb gedim... İnsanları hətta “tok” vurur. Su isə cəmi 2 saat verilir”.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi açıqlama verib.

Daha ətraflı videomaterialda: