Bu vandallığı törədənlər ədalət məhkəməsinə çıxarılmalıdırlar

Burdan beynəlxalq təşkilatlara səslənirəm ki, bu ikili siyasətə son qoyulmalıdır. Bu vandallığı törədənlər ədalət məhkəməsinə çıxarılıb layiq olduqları cəzanı almalıdır.
Bu sözləri Qarabağ müharibə iştirakçısı, Jurnalist Rey Kərimoğlu TNS-in Qarabağ müxbirinə deyib.
Onun sözlərinə görə, bu hallar bir mənalı şəkildə müharibə cinayətdir:
"Bu həm də insanlığa sığmayan haldır. Çox təəssüflə qeyd edirəm ki, ermənilərin törətdiyi daha bir cinayət faktının aşkar edildiyi yerdəyik. Xocalı rayonun komitə sədrinin də bildirdiyi kimi burada ilkin olaraq ən azı yeddi nəfərə aid insan qalıqları aşkar edilib. Xüsusilə həmin insan qalıqları qeyri-ənənəvi şəkildə dəfn ediblər. Bundan başqa mülki şəxslərə aid olan qalıqlar üzərində ağır işgəncə izləri də aşkar edilib".