“Abituriyent”in 12-ci sayı nə üçün tapılmır?

Qəbul imtahanları ilə bağlı hər ilin statistik məlumatlarının təhlil olunduğu “Abituriyent” jurnalının 2024-cü il üzrə 12-ci nömrəsi hələ ki, nəşr olunmayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə TNS-ə bildirib.
Onun sözlərinə görə, jurnal hazır olduqda, PDF formatda DİM-in saytına qoyulur, pulsuzdur.
Qeyd edək ki, hazırda jurnalı əldə etmək istəyən istifadəçilər nəşrlə bağlı dəqiq məlumat əldə edə bilmədiklərini deyirlər. Belə ki, DİM-in satış guşəsində onlara jurnalın məhdud sayda nəşr olunduğu, ancaq idarə və məktəblərə paylandığı bildirilir.