Bu məktəblərdə qəbul imtahanı ləğv olunur
7
15:05 - 01 May 2025

6 məktəbdə I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər.
Bu barədə TNS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, "Zəngi” liseyində I sinifə qəbul üzrə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.