Close

Yenidən Baş prokuror təyin edildi

Xəbər verdiyimiz kimi, Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxıb.

TNS xəbər verir ki, Kamran Əliyev yenidən Baş prokuror təyin edilib.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələdə öz əksini tapıb. 

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.