Close

09:11
03 May 2025

Niyə Bakıdan sonra Qusar?

Bu ilin yanvar-mart aylarında ölkəyə gələn turistlərin, onların mehmanxana və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrin sayı açıqlanıb.
Gecələmələrin sayında üstünlük yenə Bakı şəhərindədir. Bölgələr arasında isə Qusar digərləri ilə müqayisədə önə çıxıb.
Belə ki, gecələmələrin ümumi sayının 58,2 faizi Bakıda, 10,0 faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faizi Naftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faizi Şamaxıda, 1,0 faizi Ağdamda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında, 1,0 faizi Şuşada, və 7,1 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Eləcə də, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faizi Naftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faizi Şamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Ümumiyyətlə, bu il ölkəyə gələn turistlərlə bağlı rəqəmləri necə qiymətləndirmək olar? Turistlərin, digər bölgələrlə müqayisədə Qusar rayonuna daha çox üz tutması nə ilə bağlıdır?

Mövzu ilə bağlı TNS-ə danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, bu ilin ilk rübündə keçən illə müqayisədə cüzi artım olsa da, ümumi götürdükdə otellərin təxminən 80 faizi boş qalıb: “İlin ilk rübü turizm üçün o qədər də aktiv dövr deyil. Əsasən, qış mövsümü olub. Ölkəyə gələnlərin 80 faizə yaxını Bakıda gecələyib. Bakı şəhəri hazırda ölkəyə hava yolu ilə giriş-çıxış nöqtəsidir. Gələnlər daha çox burda gecələyir. İkinci yerdə Qusar rayonudur ki, bölgədə bu aktivliyin olmasını qış turizmi imkanları ilə əlaqələndirmək olar. Yəni, ümumi turizm üçün ölkədə passiv dövr sayılsa da, Qusarda qış turizmi üçün olan infrastruktur imkanları, turizm məhsullarının mövcudluğu insanların həmin bölgəyə daha çox üz tutmasına səbəb olur”.

Aygün