Tibb işçilərinin imtahan sualları dəyişəcək

"Sertifikasiya imtahanlarında dəyişiklik olacaq, təkmilləşmə aparılacaq”.
TNS Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Özəl tibb fəaliyyəti haqqında” və "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova deyib.
O bildirib ki, sualların orta ağırlığına görə bölünməsi həyata keçiriləcək: "Kredit ballarının toplanması və hesablanmasına dair tələblər Səhiyyə Nazirliyi tərəfindən hazırlanır. Kredit fəaliyyətləri, davamlı peşəkar inkişaf tədbirləri çox genişdir. Onlar imkan verəcək ki, tibb işçiləri yalnız təlimə getməklə yox, müxtəlif fəaliyyətlərlə öz elmi biliyini artırsın. Özəl və dövlət sektorunda fərq olmayacaq, bu qərarlar bütün tibb müəssisələrinə bu qərarlar şamil olunacaq”.