Close

17:30
29 Aprel 2025

İcra başçısının müavini işdən çıxarıldı - FOTO

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb. 

TNS “Qaynarinfo”ya istinadla xəbər verir ki, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əhmədova Sevil Kazım qızı bir neçə gün əvvəl yaşa görə təqaüdə göndərilib. 

Bu barədə İcra Hakimiyyətinin başçısı Nahid Bağırov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, S. Əhmədova uzun illər rayonun aparıcı sahələrində rəhbər işdə, dövlət qulluğunda çalışıb. 2015-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 

sevil