Ağdam, Yardımlı, Ağsu, Qax... - Torpaq hərracı elan edildi
15
11:30 - 29 Aprel 2025

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 27-də növbəti dəfə torpaq hərracı keçirəcək.
TNS bu barədə quruma istinadla xəbər verir.
Məlumata görə, hərraclar ƏMDX-nın Sabirabad, Yevlax, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəlilabad, Yardımlı, Ağsu və Qax ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.