Close

13:27
29 Aprel 2025
13:05
29 Aprel 2025
12:57
29 Aprel 2025
12:50
29 Aprel 2025

Onlarla insan niyə işdən çıxarıldı?

Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı Xidmət Sahəsində çalışan 40-a yaxın şəxs işdən çıxarılıb. 

TNS xəbər verir ki, bu iddia ilə bir qrup Masallı sakini İTV-yə müraciət edib. 

Onların sözlərinə görə, heç bir xəbərdarlıq olunmadan, kompensasiya verilmədən işdən azad olunublar.

Şikayətçi Telman Abbasovun sözlərinə görə, heç olmasa, bir ay əvvəldən xəbərdarlıq olunsaydı, başqa iş axtarardılar: “4 aydır işsizəm. Hara gedirəm, deyirlər ki, sənin 62 yaşın var, işə götürmürlər. Hər həftənin 4-5-ci günləri Məşğulluq İdarəsində oluram, mənə bildirirlər ki, sizə aid iş yoxdur. 7 nəfər ailəyik…”.

Digər şikayətçilər də işdən çıxaırılmalarına dair heç bir hüquqi əsas göstərilmədiyini deyirlər. 

Problemlə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsinindən bildirilib ki, sözügedən şəxslərin onların deyil, DOST İş Mərkəzinin əməkdaşlarıdırlar. DOST İş Mərkəzindən isə həmin şəxslərin müraciətlərinin araşdırıldığı və onlara müqavilələrinin bitməsinə ən geci 1 həftə qalmış əmək və məşğulluq alt sistemi üzərindən bildiriş göndərildiyi qeyd olunub.