Close

13:27
29 Aprel 2025
13:05
29 Aprel 2025
12:57
29 Aprel 2025
12:50
29 Aprel 2025

Söyüşə görə iki nəfər bıçaqlandı - Biri öldü

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

TNS APA-ya istiandla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İki nəfər bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 1995-ci il təvəllüdlü Eyyub Talıbov xəstəxanada həyatını itirib.

Belə ki, qətlə yetirilən 30 yaşlı Eyyub Talıbov tanışı 31 yaşlı Osman Nağıyevi bıçaqlayıb. Bundan sonra 29 yaşlı Alim Quliyev Eyyub Talıbovu bıçaqlayıb. Məlumata görə, hadisədən əvvəl tərəflər arasında söyüşə görə mübahisə düşüb. Onların dost olduğu bildirilir.