Çaylarda sululuq bir az da artdı
5
09:36 - 29 Aprel 2025

Bəzi çaylarda sululuq artıb.
Bu barədə TNS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.
"Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir",- deyə əlavə edilib.