Maştağada itkin düşmüş qızlarla bağlı xəbər var

Maştağa qəsəbəsində itkin düşmüş kimi axtarışları aparılan və 10 gün sonra tapılan qızların psixoloji qiymətləndirilməsi aparılıb.
Bu barədə TNS-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sığınacağa yerləşdirilən yetkinlik yaşına çatmayan qızlarla psixoloqun iştirakı ilə aparılan ilkin söhbətlər zamanı onlarla və ailə üzvləri ilə psixososial işlərin aparılmasının zəruriliyi müəyyən edilib:"Arzu etdikləri təqdirdə onların müvafiq peşəyə yönəldilməsi istiqamətində də lazımi tədbirlər görüləcək".
Qeyd olunub ki, istintaq prosesi davam etdiyi üçün hadisənin detalları ilə bağlı əlavə məlumatın verilməsi zəruri hesab edilmir.
Aygün