Close

15:44
28 Aprel 2025
15:36
28 Aprel 2025
15:24
28 Aprel 2025

Tezliklə bütün metro stansiyalarında musiqilərimiz səslənəcək

Tezliklə Bakı metropoliteninin bütün stansiyalarındakı platformalarda gözəl musiqlərimiz səsləndiriləcək.

Bu barədə TNS-ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

“Mərhələ ilə metropolitenin bütün stansiyalarında musiqlərimizin səsləndirilməsi nəzərdə tutulub. Hazırda bu məqsədlə texniki və təşkilati işlər davam etdirilir”, - deyə o, bildirib.

Qeyd edək ki, artıq metronun “28 May” stansiyasında bu iş həyata keçirilib. Stansiyada bütün iş günü ərzində Azərbaycan xalq və bəstəkar musiqiləri, mahnıları səsləndirilir. Musiqilər eskalatorla enən və qalxan sərnişinləri də müşayiət edir.

Aygün