Bu yolda sürət həddi endirildi
8
12:39 - 28 Aprel 2025

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
TNS xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bütün məlumat-sürət tablolarında “güclü külək” işarəsi qoyub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.