Close

15:44
28 Aprel 2025
15:36
28 Aprel 2025
15:24
28 Aprel 2025
14:09
28 Aprel 2025
13:55
28 Aprel 2025

"Azəriqaz" məhkəmədə cəzalandırıldı - "Atletlər kəndi"nin 72 min borcu silindi

Məhkəmə "Azəriqaz" İB-nin “Olympic Residence” (Atletlər kəndi) üzərinə qoyduğu 72 min manatlıq borcun silinməsi ilə bağlı qərar verib.

TNS Modern.az-a istinadla xəbər verir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Nizami rayonunda yerləşən“Olympic Residence” yaşayış kompleksinin qazla təchiz edilməsi üçün 2018-ci il tarixində qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanıb.

Müqavilə çərçivəsində göstərilən layihəyə qaz təchiz edilir. Buna baxmayaraq, iddiaçı ilə cavabdeh arasında göstərilən layihə üzrə 2013-cü ilin oktyabr ayından etibarən hesablaşmalar aparılır. İddiaçı qeyd edib ki, 2018-ci ilin dekabr ayında hər hansı əsas göstərmədən iddiaçıya 72418 manat məbləğində əsassız borc hesablanıb. İddia ərizəsinə qoşma olaraq təqdim edilmiş abonentin saldosu sənədinə baxdıqda görünür ki, cavabdeh tərəfindən müvafiq sərfiyyatlara uyğun hesablanmış bütün məbləğlər abonent tərəfindən ödənilib.

Əsassız tətbiq edilmiş 72418 manat məbləğ isə  ödənilmədən hər dəfə növbəti dövrə ötürülüb. Hesablanmış bu əsassız borcun silinməsi üçün iddiaçı tərəfindən cavabdehə 2020-ci ildə məktubla Azəriqaz İB Bakı Regional Qazın Satış Departamentinə müraciət edilsə də, lakin cavabdeh tərəfindən məktuba heç bir reaksiya göstərilməmiş və cavablandırılmayıb.

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə Azəriqaz İB üzərinə manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilib