Close

Aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları tam ödənilib

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Bu barədə TNS-ə DSMF-dən məlumat verilib.

Bildirilib ki, aprelin 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 22-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiya ödənişləri həyata keçirilib.