Dövlət qurumunun xəbərdarlığına reaksiya: "Heç vecimə də olmaz!"
85
11:27 - 25 Aprel 2025

Tarix Əliyevin aparıcılığı ilə "Space TV"nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad gününün qeyd edilməsi birmənalı qarşılanmayaraq Audiovizual Şura tərəfindən telekanala xəbərdarlıq edilib. Televiziya kanalına eyni halın təkrarlanacağı təqdirdə, inzibati cəza tədbiri - sanksiya tətbiq ediləcəyi bildirib.
TNS xəbər verir ki, Tarix Əliyev özünün sosial media hesabında bu qərara belə reaksiya verib:
"Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş bağlansa, heç vecimə də olmaz! Təki pozğunlara görə yox, şairə görə bağlansın".