Close

13:13
25 Aprel 2025
11:07
25 Aprel 2025

Türkiyədə daha bir zəlzələ

Türkiyənin Kütahya şəhərində 4,5 maqnitudalı zəlzələ olub.

TNS xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərin qərbindəki Simav rayonunda olub. Yerli vaxtla saat 07:23-də (Bakı vaxtı ilə 08:23 – red.) qeydə alınmış zəlzələnin ocağı 8,81 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.