Close

30 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

Bu ilin birinci rübündə daha 30 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub.

TNS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Bundan başqa, yanvar-mart aylarında 54 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanılması təmin olunub.