İstilik mövsümü bu tarixədək davam edəcək

Bu il Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin əksər bölgələrində istilik mövsümü aprelin 19-dək davam edib.
“Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı TNS-ə bildirib ki, istilik enerjisindən istifadə qaydalarına görə, istilk mövsümü aprelin 15-də başa çatır.
Amma bu il hava şəraiti soyuq keçdiyinə görə, istilik mövsümü daha 4 gün uzadılıb və aprelin 19-dək davam edib.
ASC rəsmisi bildirib ki, qurumun qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı), qanunvericiliyə əsasən, mövsümün mayın 1-dək davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin balansında 564 qazanxana, 3871 yaşayış binası, 184 min 500-dən çox mənzil var. Eləcə də 449 təhsil müəssisəsi, 152 səhiyyə müəssisəsi, 2200-dən çox təsərrüfat və sosial obyektlər “Azəristiliktəchizat” tərəfindən mərkəzləşdirilmiş şəkildə istiliklə təmin edilir.
Aygün