Nazir rəisi təqaüdə göndərdi - FOTO
49
13:39 - 23 Aprel 2025

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
TNS “Qaynarinfo”ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.
Əmrə əsasən, daxili xidmət polkovniki Rəfail İslam oğlu Rəcəbov tutduğu vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.
Nazirin digər Əmri ilə sözügedən vəzifəyə Elçin Nadir oğlu Səfərli gətirilib.