Close

Bakıda restoranda yanğın

Bakıda restoranda yanğın olub.

Bu barədə TNS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli restoranın 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 2 paq.m kabel və 2 m² sahədə yığılan taxta tullantıları yanıb. Yüksək temperaturdan yaxınlıqdakı sanitar qovşağın plastikdən ibarət qapısı əriyib. Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.