Close

Pulsuz göz müayinəsi və əməliyyatı - AKSİYA

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri, dosent Qurban İsmayılov tərəfindən jurnalistlər üçün ödənişsiz göz əməliyyatları və müayinələr həyata keçirilir.

Bu barədə TNS-ə Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günal Aslanova məlumat verib.

“Əziz həmkarlar, bu fürsəti qaçırmayın. Qələminiz kimi, gözləriniz də sərrast olsun! Maraqlananlar mənimlə əlaqə saxlaya bilər”, - Günel Aslanova deyib.