Məhəmmədi Uğur əvəzlədi - SİYAHI

Bu il Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.
TNS xəbər verir ki, ən çox qoyulan adların siyahısında Uğurdan sonra Hüseyn, Yusif, Əli, Raul, Miran, Ömər, Murad, Ayxan, Tunar adları yer alıb.
Maraqlıdır ki, oğlanlara ən çox verilən adlar arasında hər zaman ilk onluqda yer alan Məhəmməd adı indi siyahıda 20-cı yerdədir.
Belə ki, ilk onluqdan sonrakı siyahıda Fateh, Tuncay, Ayaz, Onur, Adəm, İbrahim, Səccad, Ümid, Turan və daha sonra Məhəmməd adı var.
Ümumiyyətlə, bu il doğulan oğlan uşaqlarına verilən adlar arasında Amir, Atilla, Həsən, Emil, Səid, Davud, Cihan, Mehdi, Rəsul, Cəsur, Fərid, Zeyd, Renat, Alparslan, Muhamməd, Nihad, Altay, Timur, Zeyin, Harun, Alixan, Rza, Amin, Əbəlfəz, Arda, Aslan, İsmayıl, Ömür, Elcan, Emin kimi adlar var.
Aygün