Close

Bu şərabların reklamı qadağan edilir

Şərabçılıq məhsullarının reklamına dair qaydalar dəyişir.

TNS xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan şərabçılıq məhsullarının reklamını yerləşdirə bilməyəcək.

Bundan əlavə "Reklam haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal platforma təsirçisi rəqəmsal platformada yerləşdirilən materiallarda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin reklamını yerləşdirə bilməyəcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.