Dünən metroda cəzasını bilmək istəyirdi - Bu gün cərimələndi - VİDEO

Ötən gün sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə "sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yayılmışdı. Sərnişin düyməni sıxaraq "bu düyməni basmağın cəriməsi nə qədərdir?" deyə soruşur.
TNS xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Qurumun əməkdaşı Elbrus İbrahimovdan TNS-ə verilən məlumata görə, sözügedən xanım sərnişin “sərnişin-maşinist” rabitəsindən istifadə edən qadın cərimələnib:
"Metropolitendə zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməsinə görə onun barəsində 200 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib".
Azadə Yolçu