Milli Məclisin iclası başladı
10
11:14 - 22 Aprel 2025

Milli Məclisin növbəti plenar iclası başlayıb.
TNS xəbər verir ki, iclas Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
İclasın gündəliyinə Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı və Azərbaycanla Somali arasındakı müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiqi layihəsi də daxil olmaqla ümumilikdə 12 məsələ var.