Close

15:39
21 Aprel 2025
14:55
21 Aprel 2025
13:24
21 Aprel 2025

Onlar müdir təyin olundular

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub.

Bu barədə TNS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, Rəşad Musayev Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin ediliblər.