Ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qazaxda ikisi azyaşlı olmaqla, dörd nəfər dəm qazından zəhərlənib.
TNS xəbər verir ki, hadisə rayonun N. Nərimanov yaşayış massivində qeydə alınıb.
Belə ki, rayon sakinləri 1959-cu il təvəllüdlü S. Abbasova, 1988-ci il təvəllüdlü A. Abbasova, 2016-cı il təvəllüdlü T. Abbasov və 2018-ci il təvəllüdlü F. Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.
Hadisə yerinə adiyyəti qurumaların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.