Diqqət: hərəkət məhdudlaşdırılacaq
8
15:49 - 19 Aprel 2025

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) bu gecədən hərəkət məhdudlaşdırılacaq.
Bu barədə TNS-ə AAYDA-dan bildirilib.
Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.