Bulvarda dənizdən meyit çıxarıldı
63
15:39 - 19 Aprel 2025
Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyitinin çıxarılıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.