Xaçmazda bataqlığa düşən yeniyetmənin meyiti tapıldı - FOTO + YENİLƏNİB

Xaçmazda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.
TNS APA-ya istinadla xəbər verir ki, Bağırov Elçin Elman oğlu bataqlıq ərazidən çıxarılıb.
O at belində mal-qara axtararkən bataqlığa düşüb.
Onun axtarışlarına FHN-nin briqadaları, Niyazabad kənd sakinləri cəlb olunub.
Su hövzəsi boşaldıqdan sonra meyiti tapmaq mümkün olub.
09:05
Gecə saatlarında Xaçmazda 15 yaşlı yeniyetmə bataqlıqda batıb.
TNS APA-ya istinadla xəbər verir ki, rayonun Niyazabad kəndində 15 yaşlı yeniyetmə Bağırov Elçin Elman oğlu bataqlığa düşüb.
Hadisə o öz atı ilə mal-qara axtararkən baş verib. Yeniyetmənin axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.