Close

Bürclərə görə uğur açarı: hansı peşəni seçməlisiniz?

Uğur və müvəffəqiyyət insanın həyatında ən vacib məqsədlərdən biridir və hər kəs bu məqsədə çatmaq üçün fərqli yollar seçir. Bəzi insanlar yaradıcılıqda, digərləri isə analitik düşüncədə və liderlikdə parlayır.

TNS yazır ki, bəzən bu fərqliliklər bürclərin təsiri ilə bağlı olur.

Astrologiya hər bürcün müəyyən xüsusiyyətlərə və meyillərə sahib olduğunu bildirir. Hər bürcün özünə məxsus uğur açarı var. Bu məqalədə, bürclərə görə hansı işlərdə daha çox uğur əldə edilə biləcəyini araşdıracağıq.

1. Qoç

Uğur açarı: Liderlik, risk almaq, motivasiya

Qoç bürcü idarəetmə qabiliyyətinə və hər zaman qabağa getmək istəyinə malikdir. Onlar enerjili, cəsur və qarşıladıqları maneələri dəf etməyə hazırdırlar. Bu səbəbdən Qoçlar çox zaman rəhbər və ya təşəbbüskar olurlar. Uğurlu olmaq üçün onlara ən uyğun iş sahələri təşəbbüskarlıq, satıcı və liderlik mövqeləridir.

Yüksək uğur imkanları:, şirkət rəhbəri, satış meneceri, idmançı, müəllif və ya müstəqil iş adamı

2. Buğa

Uğur açarı: sabirli olmaq, diqqət və detala verdiyi əhəmiyyət

Buğalar səbrli insanlardır. Onlar keyfiyyətə, sabitliyə və planlı işlərə dəyər verirlər. Bu xüsusiyyətlər onlara mükəmməl işçilər və iş menecerləri olmağa imkan verir. Həmçinin buğa bürcü maliyyə idarəçiliyi və sərmayə sahələrində də parlayır.

Yüksək uğur imkanları: maliyyə analisti, iqtisadçı, layihə meneceri, arxeoloq

3. Əkizlər

Uğur açarı: əlaqələr qurmaq, əyləncə, çeviklik

Əkizlər bürcü sosial və intellektual bacarıqları ilə tanınır. Onlar çevik düşüncəli, tez qərar verə bilən və müxtəlif insanlarla əlaqə qurmağı bacaran insanlardır. Əkizlər çox zaman media, marketinq, satış və yazı sahələrində parlayırlar. Onların əlaqələr qurma bacarığı uğurlarını artırır.

Yüksək uğur imkanları: jurnalist, reklam meneceri, sosial media mütəxəssisi, yazıçı və ya bloqçu

4. Xərçəng

Uğur açarı: hisslərə dəyər vermək, qayğıkeşlik, təşkilatçılıq

Xərçəng bürcü çox zaman başqalarına qayğı göstərməyi üstün tutur. Onlar empatik və incə hisslərə sahib insanlardır. Sosial xidmətlər, psixologiya və ətraf mühitin qorunması sahələrində ən yaxşı performansı göstərirlər. Xərçənglər həmçinin ev və ailə ilə bağlı işlərdə də çox uğurlu olurlar.

Yüksək uğur imkanları: psixoloq, həkim, uşaq baxıcısı, sosial işçi

5. Şir

Uğur açarı: yaradıcı liderlik, özünə güvən, təşəbbüs

Şir bürcü təbii liderdir. Onlar özlərinə güvənir, yaradıcıdırlar və müsbət bir təəssürat yaratmaq istəyirlər. Bu səbəbdən Şir bürcləri çox zaman sənət və liderlik sahələrində parlayırlar. Onlar auditoriyanı cəlb edə bilən və diqqət çəkən işlərdə uğurludurlar.

Yüksək uğur imkanları: 0aktyor və ya sənətçi, icraçı direktor, PR meneceri, motivasiya spikeri

6. Qız

Uğur açarı: təşkilatçılıq, diqqətlilik, təhlil etmək

Qız bürcü analitik və mükəmməllik axtaran bir bürcdür. Onlar detallara diqqət yetirir və hər zaman mükəmməl nəticə əldə etməyə çalışırlar. Bu xüsusiyyətləri ilə qız bürcləri səhiyyə, tədqiqat və təhlil sahələrində böyük uğurlar qazana bilərlər.

Yüksək uğur imkanları: tibb işçisi, tədqiqatçı, analitik, hüquqşünas

7. Tərəzi

Uğur açarı: ədalət, diplomatiya, əməkdaşlıq

Tərəzi bürcü balans və harmoniya axtarır. Onlar çox vaxt başqalarına kömək etmək və problemi həll etmək üçün diplomatik yanaşma tətbiq edirlər. Bu xüsusiyyətlər onları hüquq, siyasət və insan hüquqları sahələrində müvəffəqiyyətli edir.

Yüksək uğur imkanları: hüquqşünas, diplomatik nümayəndə, siyasi lider, müsahibəçi

8. Əqrəb

Uğur açarı: dərin analiz, strateji düşüncə, sıx bağlılıq

Əqrəb bürcü çox güclü intuisiya və strateji düşüncə bacarığına sahibdir. Onlar çox diqqətlidirlər və hər hansı bir işin incə detallarını analiz etməyə meyllidirlər. Bu xüsusiyyətlər onları elmi araşdırmalar, investisiya və təhlükəsizlik sahələrində müvəffəqiyyətli edir.

Yüksək uğur imkanları: tədqiqatçı, investor, psixoloq, təhlükəsizlik mütəxəssisi

9. Oxatan

Uğur açarı: macəra, öyrənmək, sərbəstlik

Oxatan bürcü həyatını yeni təcrübələr və səyahətlər ilə zənginləşdirmək istəyir. Onlar macəraçıdırlar və daim yeni şeylər öyrənməyi sevirlər. Təhsil, səyahət və beynəlxalq əlaqələr sahələrində müvəffəqiyyətli ola bilərlər.

Yüksək Uğur İmkanları: təlimçi, səyahət yazarı, tərcüməçi, beynəlxalq işçi

10. Oğlaq

Uğur açarı: əzm, məqsəd yönümlülük, davamlılıq

Oğlaq bürcü çalışqan və məqsəd yönümlüdür. Onlar irəliləmək üçün zəhmət çəkir və hər zaman məqsədinə doğru gedir. Uğurlu olmaq üçün ən uyğun sahələr idarəetmə, maliyyə və inşaat kimi strukturlu və məqsədyönlü sahələrdir.

Yüksək uğur imkanları: menecer, inşaatçı, iqtisadçı, mühasib

11. Dolça

Uğur açarı: innovasiya, fərdilik, humanizm

Dolça bürcü yeni ideyalar yaratmağa və cəmiyyətdə dəyişiklik etməyə meyllidir. Onlar qeyri-adi fikirləri ilə fərqlənirlər və sosial dəyişikliklərə öncülük edirlər. Bu səbəbdən onlar texnologiya, sosial işlər və humanitar sahələrdə parlayırlar.

Yüksək uğur imkanları: inovator, elmi tədqiqatçı, humanitar işçi, texnologiya mütəxəssisi

12. Balıqlar

Uğur açarı: yaradıcı düşüncə, empatiya, intuisiya

Balıqlar bürcü təbiətinə görə çox yaradıcı və hissiyatlıdır. Onlar bəzən başqa dünyaya səyahət edirmiş kimi hiss edir və bu xüsusiyyətlər onları sənət, musiqi və terapiya sahələrində müvəffəqiyyətli edir. Onların işləri insanlara ruhsal və emosional dəstək verə bilər.

Yüksək uğur imkanları: musiqiçi, rəssam, terapevt, dizayner

Bürclərin iş həyatı və uğur üzərindəki təsiri, hər bir insanın daxili xüsusiyyətlərini və meyllərini müəyyən edir. Hər bürcün özünəməxsus iş sahələri vardır və bunları kəşf edərək uğura çatmaq mümkündür. Bürcünüzün güclü tərəflərini dərk etmək, həyat yolunuzda daha müvəffəqiyyətli olmağınıza  kömək edəcəkdir.