Dövlət Vergi Xidmətindən XƏBƏRDARLIQ
8
13:38 - 18 Aprel 2025

Son zamanlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinə (https://www.e-taxes.gov.az; https://new.e-taxes.gov.az) daxil olmaq üçün vergi orqanı tərəfindən vergi ödəyicilərinə verilmiş istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir.
TNS bu barədə Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.
"Belə halların qarşısının alınması məqsədilə vergi ödəyiciləri tərəfindən bir sıra önləyici tədbirlərin görülməsi tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.