Bilgəhdə 12 milyon manata ev - FOTO
12
13:35 - 18 Aprel 2025

Bilgəh qəsəbəsində yerləşən yaşayış evi 12 000 000 manata satışa çıxarılıb.
TNS Bina.az-a istinadla xəbər verir ki, 12 otaqdan ibarət evin ümumi sahəsi 1600 kv metr təşkil edir.
Klassik üslubda tikilmiş müasir rezidensiya Bilgəh kəndində yerləşir. Elanda qeyd edilir ki, ev kəndin ən bahalı küçəsindədir. Yaşayış 100 sot ərazidə 2 mərtəbədən ibarətdir. Villanın meyvə və dekorativ ağacları olan bağı var.